Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 196 min ton ağ neft istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,7 min ton və ya 8,3% azdır.
Belə ki, ötən ilin yanvar-aprel aylarında ölkədə 213,7 min ton ağ neft istehsal olunmuşdu.
Bu ilin mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 22,9 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,607 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9% azalıb.