Bakı. Trend:
İspaniyanın "Atletiko Madrid" futbol klubu növbəti mövsüm üçün heyətini ilk yeni transferlə gücləndirib.
Trend-in məlumatına görə, Madrid klubu "Vilyarreal"ın futbolçusu Aleks Baenanı transfer edib.
Tərəflər arasında danışıqlar artıq başa çatıb və "Atletiko" bu keçid üçün 55 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi mövsüm ərzində keçirdiyi 31 qarşılaşmada 6 qola imza atıb və 10 məhsuldar ötürmə verib.