...

Səhiyyə Nazirliyindən yeni format: Sertifikasiya imtahanlarında 100 suallıq test və dərhal nəticə

Cəmiyyət Materials 16 May 2025 14:09 (UTC +04:00)
Səhiyyə Nazirliyindən yeni format: Sertifikasiya imtahanlarında 100 suallıq test və dərhal nəticə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sertifikasiya suallar bazası hər il təxminən 20% yenilənir. Hazırda bazada 65 minə yaxın test və 6 450 klinik məsələ mövcuddur.

Trend xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Səhiyyə naziri bildirib ki, yeni yanaşmaya əsasən imtahanlar 100 ixtisaslaşdırılmış sualdan ibarət olacaq. Qiymətləndirmə zamanı 80 və daha çox bal toplayanlar müvəffəq hesab olunacaqlar. Bundan başqa, beynəlxalq bazalardan alınmış yeni suallar əsasında imtahanların həm elektron, həm də kağız formatda keçirilməsi nəzərdə tutulur.

“Elektron imtahan nəticəsi dərhal ekranda əks olunacaq, kağız daşıyıcılarda isə nəticə maksimum 3 saat ərzində təqdim ediləcək. Əlilliyi olan şəxslər üçün də imtahanlarda xüsusi şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan namizədlərə fərdi nəzarətçi təyin olunur, testlər audio materiallarla təmin edilir və imtahan müddətinə əlavə 60 dəqiqə artırılır”, - deyə Teymur Musayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti