Bakı. Trend:
Türkiyənin "Fənərbağça" klubu İsmail Yüksekin müqaviləsinin müddətini uzadıb.
Trend xəbər verir ki, bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verilib.
Türkiyə mllisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Fənərbağça" İsmail Yükseki 2020-ci ilin yayında "Gülcükspor"dan transfer edib. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.