...

ABŞ miqrantlarla mübarizəyə 20 min hərbçini cəlb etməyi planlaşdırır

Dünya xəbərləri Materials 16 May 2025 11:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DTN) qanunsuz miqrantlarla mübarizə və deportasiyaların təşkilinə 20 minə yaxın Milli Qvardiya qulluqçusunu səfərbər edəcək.

Trend xəbər verir ki, bu haqda “The Hill” qəzeti məlumat yayıb.

DTN nazirinin köməkçisi Trişa Maklafin artıq qurumun bununla bağlı Pentaqon və Milli Qvardiya rəhbərliyinə vəsatət qaldırdığını bildirib. Onun sözlərinə görə, hərbçilər qanunsuz miqrantların, cinayətkarların həbsi və deportasiyası üzrə ABŞ prezidentinin göstərişini həyata keçirməyə “kömək etməlidirlər”.

“The Hill”in yazdığına görə, hazırda Milli Qvardiya əməkdaşlarının qeyri-qanuni miqrasiya ilə mübarizə işlərinə nə dərəcədə dərindən cəlb olunacağı — onların birbaşa olaraq şübhəlilərin saxlanılması və həbsi ilə məşğul olacağı, yoxsa sadəcə miqrantların daşınmasını təmin etməklə və hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatların təhlükəsizliyini qorumaqla kifayətlənəcəyi – bəlli deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti