Bakı. Trend:
İspaniya La Liqasında 36-cı tura yekun vurulub və dörd qarşılaşma baş tutub.
Trend xəbər verir ki, turun əsas oyununda "Barselona" səfərdə əzəli rəqibi "Espanyol"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gələrək çempionluğunu rəsmiləşdirib.
Kataloniya derbisində hesabı Lamin Yamal açıb, son dəqiqələrdə isə Fermin Lopes fərqlənib. Beləliklə, Hans-Diter Flikin rəhbərlik etdiyi kollektiv xallarının sayını 85-ə çatdıraraq sona iki tur qalmış La Liqanın qalibi olub.
Bu, "Barselona"nın tarixində 28-ci İspaniya çempionluğu sayılır. Müqayisə üçün, "Real Madrid"in aktivində 36 La Liqa titulu var.
Digər qarşılaşmada "Atletiko Madrid" səfərdə "Osasuna"ya 0:2 hesabı ilə uduzub.
21:00. "Osasuna" - "Atletiko" M - 2:0
21:00. "Rayo Valekoano" - "Betis" - 2:2
23:30. "Espanyol" - "Barselona" - 0:2
23:30. "Xetafe" - "Atletik" - 0:2