Bakı.Trend:
ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaların ləğv olunacağını elan etməsindən sonra Suriyada insanlar kütləvi şəkildə Dəməşq, Homs və digər şəhərlərin küçələrinə axışaraq, bu qərarı bayram edib.
Trend xəbər verir ki, kütləvi nümayişlərin kadrlarını CNN telekanalı yayımlayıb.
Bir çox nümayişçilər avtomobilləri ilə küçələrdən keçərək, Suriya bayraqları yelləyib, bəzi sakinlər isə bu sevinci atəşfəşanlıqla qeyd edib.
Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Tramp ilk dəfə Suriyanın yeni lideri Əhməd əş-Şaraa ilə təkbətək görüşüb, Ağ Ev rəhbəri ölkələr arasında münasibətlərin normallaşması prosesini elan ediblər.