...

Təbrizin “Traktor” komandası son oyunda da qələbə qazanıb

İdman Materials 15 May 2025 23:25 (UTC +04:00)
Təbrizin “Traktor” komandası son oyunda da qələbə qazanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İran futbol çempionatının sonuncu (30-cu) turu çərçivəsində "Traktor" növbəti oyununa çıxıb.

Trend xəbər verir ki, "Traktor" vilayət təmsilçisi "Esteqlal Xuzistan" la qarşılaşıb.

Oyun “Traktor” un 3-1 hesablı qələbəsiylə başa çatıb.

Oyundan sonra "Traktor" klubuna bu mövsüm İran çempionu olduğuna görə rəsmi şəkildə kubok təqdim olunub.

Qeyd edək ki, Təbrizin "Traktor" futbol komandası Premyer Liqanın 28-ci həftəsində Qəzvinin Şəms Azər komandası üzərində 4:0 hesabı ilə qalib gəldi və liqanın bitməsinə 2 həftə qalmış komandanın çempionluğu təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti