...

Keçmiş məhkum 12 kq narkotiklə tutuldu

Cəmiyyət Materials 15 May 2025 15:29 (UTC +04:00)
Keçmiş məhkum 12 kq narkotiklə tutuldu
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədidə əvvəllər məhkum olunmuş şəxsdən 11 kiloqramadək narkotik vasitə götürülüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

"Daxil olan əməliyyat məlumatı əsasında polis əməkdaşlarının Binəqədi rayonu ərazisində həyata keçirdikləri tədbir nəticəsində əvvəllər məhkum olunmuş 24 yaşlı A.Usubov saxlanılıb. Ondan 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Araşdırma aparılır", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti