...

Balaxanı neftçisi evə ikiqat dünya çempionu adı ilə qayıtdı (FOTO)

İdman Materials 15 May 2025 18:38 (UTC +04:00)
Balaxanı neftçisi evə ikiqat dünya çempionu adı ilə qayıtdı (FOTO)

Bakı. Trend:

Almaniyanın Leypziq şəhərində ötən həftə keçirilən Beynəlxalq Karate Federasiyasının (IFK) “kyokuşin” karate növü üzrə 7ci Dünya Çempionatında Azərbaycan nümayəndəsi Səlahət Həsənov 80 kq çəki dərəcəsində birinci yeri qazanaraq dünya çempionu adını yenidən təsdiqləyib.

Doqquz tatami üzərində keçirilən çempionat yarışlarında 30 ölkədən 1500-ə yaxın peşəkar idmançı iştirak edib.

Səlahət Həsənov karate idman növünün ən sərt və çətin “kyokuşinkay” üslubu üzrə dünya çempionu adını Azərbaycana ilk və hələ ki yeganə qazandıran idmançımızdır. İlk dəfə o, bu ada 2017-ci ildə Qazaxıstanda keçirilmiş dünya çempionatında layiq görülmüşdür. Səlahətin çempion titulları arasında dörd qat Avropa və Qafqaz bölgəsi üzrə çempion titulları da var.

“Balakhani Operating Company LTD”-nin əməkdaşı olan Səlahət Həsənov işlədiyi hasilat sahəsi ilə vurğunu olduğu idman növü arasında oxşarlıqlar gördüyünü bildirib: “İşlə yanaşı yarışlara hazırlaşmaq çətin olsa da, bunların hər ikisi mənim həyatımın bir parçasıdır. Kyokuşini mənə sevdirən də bu idman növünün sərt nizam-intizam tələb etməsi idi”.

Xəbər lenti

Xəbər lenti