Bakı. Trend:
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-aprel aylarında 76,1 milyon ton yük və 659,6 milyon sərnişin saşınıb.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3%, sərnişin daşınması isə 5,7% artıb. Yüklərin 59,2%-i avtomobil, 29,2%-i boru kəməri, 7,5%-i dəmir yolu, 3,9%-i dəniz, 0,2%-i isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 88,3%-i avtomobil, 11,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.