...

ABŞ dövlət katibi Marko Rubio və İsrail baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 15 May 2025 23:53 (UTC +04:00)
ABŞ dövlət katibi Marko Rubio və İsrail baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət katibi Marko Rubio ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, söhbət zamanı dövlət katibi ABŞ-nin İsraillə tarixi münasibətlərinə sadiqliyini və İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini vurğulayıb.

Tərəflər Prezident Donald Trampın Səudiyyə Ərəbistanında Suriya Prezidenti Əhməd əl-Şara ilə görüşü fonunda Suriyadakı vəziyyəti müzakirə ediblər. Danışıqlarda, həmçinin İranın nüvə proqramı ətrafındakı son vəziyyət də gündəmə gəlib.

Xəbər lenti

Xəbər lenti