...

ABŞ Tayvana dəstəyi artırmağa hazırdır – Kris Pratt

Dünya xəbərləri Materials 16 May 2025 02:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ştatlar Tayvanı dəstəkləməyə davam edəcək və müxtəlif sahələrdə yardımı artırmaq imkanına malikdir.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin siyasi-hərbi məsələlər üzrə köməkçisi vəzifəsinə namizəd Kris Pratt mayın 15-də bildirib.

“Əgər təsdiq olunarsam, Tayvana necə daha çox kömək edə biləcəyimiz və dəstəyimizi artıra biləcəyimizlə bağlı hərtərəfli araşdırma aparacağam,” – deyə Pratt Senatın Xarici Əlaqələr Komitəsində keçirilən təsdiq dinləmələrində vurğulayıb. Onun çıxışının səs yazısı Senat orqanının saytında yerləşdirilib.

Pratt qeyd edib ki, Tayvan ABŞ-nin regionda ən mühüm tərəfdaşlarından biridir və eyni zamanda Çinin artan təhdidləri ilə üz-üzədir.

Xəbər lenti

Xəbər lenti