...

İnformasiya mübadiləsinin sürəti və şəffaflığı rəqəmsal texnologiyaların səviyyəsindən asılıdır - Rövşən Məmmədov

Cəmiyyət Materials 15 May 2025 12:06 (UTC +04:00)
İnformasiya mübadiləsinin sürəti və şəffaflığı rəqəmsal texnologiyaların səviyyəsindən asılıdır - Rövşən Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yerli və qlobal miqyasda aktual və strateji məsələlərin müzakirəsi baxımından “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfrans ideal platformadır.

Trend xəbər verir ki, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı deyib.

QSC sədri bildirib ki, rəqəmsallaşma bu gün bütün dünyanın əsas çağırışlarından biridir:

“Cəmiyyətlərin inkişafı, informasiya mübadiləsinin sürəti və şəffaflığı artıq birbaşa rəqəmsal texnologiyaların səviyyəsindən asılıdır. Lakin hər bir inkişafın müsbət tərəfləri ilə yanaşı, müəyyən mənfi cəhətləri də mövcuddur. Xüsusilə media sahəsində rəqəmsallaşma bəzən qeyri-peşəkarlığın, dezinformasiyanın və manipulyasiyanın yayılmasına səbəb olur. Bu səbəbdən də bu problemlərlə mübarizə yollarını müəyyənləşdirməli, müasir çağırışlara uyğun strategiyalar işləməliyik. Konfrans çərçivəsində bu və digər məsələlər – media etikası, informasiya təhlükəsizliyi, rəqəmsal savadlılıq və cəmiyyətin informasiya səviyyəsinin artırılması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılacaq.

R.Məmmədov əlavə edib ki, konfrans rəqəmsal dövrdə informasiya təhlükəsizliyini təmin etməyin yollarını müəyyənləşdirmək üçün yeni fürsətlər açır.

“Qarşımıza qoyulan əsas məqsədlərdən biri rəqəmsal dünya ilə ayaqlaşmaq, bu dünyanın şərtlərin uyğunlaşmaq və onun tələb etdiyi bilik və bacarıqları cəmiyyətimizə qazandırmaqdır.
Əminəm ki, bu konfransda aparılacaq müzakirələr və təqdim olunacaq fikirlər bu sahədə irəliləyişlərə mühüm töhfə verəcək”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti