Bakı. Trend:
Bu gün İran futbol çempionatının sonuncu (30-cu) turu çərçivəsində "Traktor Sazi" növbəti oyununa çıxacaq.
Trend xəbər verir ki, "Traktor" vilayət təmsilçisi "Esteqlal Xuzistan" la qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə 20:30-da Xuzistan vilayətində baş tutacaq.
Oyundan sonra "Traktor" klubuna bu mövsüm İran çempionu olduğuna görə rəsmi şəkildə kubok təqdim olunacaq.
Qeyd edək ki, Təbrizin "Traktor" futbol komandası Premyer Liqanın 28-ci həftəsində Qəzvinin Şəms Azər komandası üzərində 4:0 hesabı ilə qalib gəldi və liqanın bitməsinə 2 həftə qalmış komandanın çempionluğu təsdiqlyib.