...

Azərbaycanın ilk mətbuat muzeyinin yaradılması ilə bağlı hökumətə müraciət edilib - Rəşad Məcid

Cəmiyyət Materials 15 May 2025 13:34 (UTC +04:00)
Azərbaycanın ilk mətbuat muzeyinin yaradılması ilə bağlı hökumətə müraciət edilib - Rəşad Məcid
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ilk mətbuat muzeyinin yaradılması ilə bağlı hökumətə müraciət edilib.

Bunu Mətbuat Şurasının sədri Rəşad Məcid “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans çərçivəsində Trend-ə açıqlamasında deyib.

O xatırladıb ki, ötən il Türkiyənin Elazığ şəhərinin Harput qəsəbəsində 18-ci əsrə aid qalada yaradılan, ölkənin mətbuat tarixi ilə bağlı çox maraqlı eksponatların nümayiş etdirildiyi mətbuat muzeyinin fəaliyyəti ilə tanış olub.

“Azərbaycanda mətbuat muzeyinin yaradılması ideyasını mən orada düşündüm. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı muzeyin əsas özəyini düzəldib, eksponatlar da var, çoxdur. Bununla bağlı hökumətə də müraciət etmişəm.

Təklif budur ki, Azərbaycanın ilk mətbuat muzeyi Şuşa və ya Xankəndidə yaradılsın. Şuşada yaradılmasının dərin mənası olar. O baxımdan ki, Azərbaycan mətbuatında xidməti olan böyük şəxsiyyət, publisistlərin vətəni məhz Şuşadır. Orada mətbuat tarixi ilə bağlı mənəvi bağ var.

Eyni zamanda, son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qlobal Media Forumları da Şuşada keçirilir. Mən çox arzulayardım ki, qədim bir bina ayrılsın və orada Azərbaycanın ilk mətbuat muzeyi yaradılsın", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti