Bakı. Trend:
Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22 min 119 doğulan körpə qeydə alınıb.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,5%, qız uşaqlarının xüsusi çəkisi isə 46,5% olub. Doğulan körpələrdən 736-sı əkiz, 42-si isə üçəm olub.