...

Naxçıvanda avtomobil yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırıb

Hadisə Materials 14 May 2025 23:11 (UTC +04:00)

Bakı. Trend:

Cəhri-Buzqov avtomobil yolunun 15-18-ci kilometrlik hissəsində uçqun qeydə alınıb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, güclü yağan yağışlar nəticəsində qaya parçaları qoparaq yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Sözügedən yolda yaranmış problemlə bağlı əraziyə agentliyin texnika və canlı qüvvəsi cəlb edilib.

Yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti