Bakı. Trend:
Azərbaycanda yeni müştərilər tapmaq istəyirik.
Bunu Bakıda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində Trend-ə açıqlamasında Niderlandın "Photon Dancing" şirkətinin CEO-su Vilko Verkül deyib.
O, ilk olaraq şirkəti haqqında məlumat verib:
"Photon Dancing" şirkəti olaraq biz LED lampaların istehsalçısıyıq. Biz bu işləri "Grow Group" korporasiyası ilə birlikdə görürük".
"Azərbaycana ilk səfərimdir. Burada müştərilər tapmaq istəyirik. Biz bunu "Grow Group" ilə birlikdə edirik. "Grow Group" satış şirkətidir və onların çoxlu müştəriləri, alıcıları var. Biz isə lampalarımızı onların vasitəsilə daha fərqli və yeni bazarlara çıxarmaq fürsətlərini axtarırıq.
İstər Azərbaycan şirkətləri, istərsə də digər ölkələrin korporasiyaları olsun - biz yeni partnyorlarla əməkdaşlıq etməkdən məmnunluq duyarıq", - deyə V.Verkül qeyd edib.