Bakı. Trend:
"Microsoft" şirkəti əməkdaşlarının 3 faizini və ya təxminən 6,8 min nəfəri ixtisar etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti şirkət nümayəndəsinə istinadən xəbər verib.
Məlumata əsasən, iyunun sonunda "Microsoft"un dünya üzrə 228 min əməkdaşı var idi ki, onların yarıdan çoxu ABŞ-dədir. İxtisarlar bütün bölmələrə və bütün səviyyələrdəki işçilərə təsir edəcək, lakin konkret işçilərin fəaliyyət göstəriciləri ilə əlaqələndirilməyəcək.
Şirkət nümayəndəsinin sözlərinə görə, məqsədlərdən biri idarəetmə səviyyələrini azaltmaqdır. Söhbət “şirkəti dinamik bazarda ən yaxşı şəkildə yerləşdirmək üçün zəruri olan” təşkilati dəyişikliklərdən gedir.