Bakı. Trend:
Yeni tərəfdaşlıqlar üçün daim yeni bazarlar axtarışındayıq.
Bunu Bakıda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində Trend-ə açıqlamasında Trend-ə açıqlamasında İspaniyanın "Ulma Packaging" şirkətinin satış meneceri Viktoria Stepanenko deyib.
O, ilk olaraq təmsil etdiyi şirkət haqqında məlumat verib: "Şirkətimizin baş ofisi İspaniyada yerləşir. Biz təzə məhsullar üçün qablaşdırma avadanlıqları istehsal edirik".
"Bir çox brendlərlə əməkdaşlıq edirik. Ümumiyyətlə, yeni tərəfdaşlıqlar üçün daim yeni bazarlar axtarışındayıq. Həmçinin Azərbaycan şirkətləri ilə də əməkdaşlıqda maraqlıyıq. Hətta hazırda bir Azərbaycan şirkəti ilə razılaşmamız olub. Amma biz bununla kifayətlənmək istəmirik, istənilən əməkdaşlıq imkanlarından maksimum yararalanmağa çalışacağıq. Azərbaycanda böyük potensial görürük, buna görə də bu sərgidə iştirak edirik", - şirkət rəsmisi qeyd edib.