...

Ötən ay dəm qazından neçə nəfər zəhərlənib?

Hadisə Materials 14 May 2025 10:17 (UTC +04:00)
Ötən ay dəm qazından neçə nəfər zəhərlənib?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ay dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 4 nəfər yerləşdirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, zəhərlənən şəxslərin hər birinə stasionar şəraitdə zəruri tibbi xidmətlər göstərilib.

"Müalicələri başa çatdıqdan sonra onlar evə buraxılıb", - deyə vurğulayıb.

Qeyd edək ki, 2024-cü il ərzində isə dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 83 nəfər qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti