Bakı. Trend:
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ukrayna ilə bağlı İstanbulda keçiriləcək danışıqlar prosesini son dərəcə vacib hesab edir və onun uğur qazanacağına ümid edir.
Trend-in məlumatına görə, bu barədə C.Yılmaz "TRT" telekanalına deyib.
"Bu, çox mühüm danışıqlar prosesidir. Keçmişdə sülh və sabitlik üçün çox mühüm addımlar atılıb. Taxıl müqaviləsini xatırlayın, əsir mübadiləsini, Qara dənizin təhlükəsizliyi üçün görülən işləri xatırlayın. Biz bu danışıqları ümidlə gözləyirik. Türkiyə Ukraynada atəşkəsin təmin edilməsi və bu ölkələrin münaqişə üçün deyil, danışıqlar üçün bir araya gəlməsi üçün əlindən gələni edəcək", - deyə o bildirib.
O xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Ukrayna ilə Rusiya arasında müharibə başlayanda ilkin olaraq çox düzgün mövqe tutdu və ölkə daxilində bəzi dairələr tərəf tutmağa çağırdı”.