...

Xaçmazda avtomobillə məktəblini vurub öldürən şəxs saxlanıldı

Hadisə Materials 14 May 2025 17:18 (UTC +04:00)
Xaçmazda avtomobillə məktəblini vurub öldürən şəxs saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 14-də Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in əldə etdiyi məlumata görə,"Hunday" markalı, 90-ZV-487 qeydiyyat nişanlı minik avtomobili yolu keçən piyada Turan Məcidovu vurub.

Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində ölüb. Qəzanı törədən sürücü Təyyar Xəlilov saxlanılıb.

Qeyd edək ki, qəzada ölən yeniyetmə Xaçmaz rayon Nərəcan kənd tam orta məktəbinin 11-ci sinfində təhsil alırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti