Bakı. Trend:
Gələn ildən başlayaraq bizim təşkil etdiyimiz kənd təsərrüfatı sərgisi artıq yeni formatda təşkil olunacaq.
Trend-in xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov II Beynəlxalq Aqrar İnnovasiya Forumunda çıxışı zamanı məlumat verib.
O bildirib ki, gələn ildən kənd təsərrüfatı həftəsi çərçivəsi keçiriləcək:
"Bu da daha çox bizim fermerlərimiz, təsərrüfatlarımız, təchizatçı şirkətlərimiz üçün imkan verəcək ki, fərqli məkanlarda daha çox əlaqələr quramaqda vaxt və fürsətlər əldə edə bilsinlər. Bu tədbirlər təkcə Bakı Ekspo Mərkəzində deyil, həmçinin, özəl təsərrüfatların ərazisində də təşkil olunacaq".
"Onu da qeyd etmək istəyirəm ki, üç gün ərzində təşkil olunacaq Beynəlxalq aqrar İnnovasiya Forumu aqrar sahənin əsas prioritet istiqamətlərinə həsr olunacaq", - A.Cəfərov qeyd edib.