Bakı. Trend:
Bakının Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Trend xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonundakı mövcud qaz xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar 14.05.2025-ci il saat 11:30-dan etibarən qaz təchizatı dayandırılıb.
"Qaz təchizatı dayandırılan müddətdə Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb", - deyə əlavə edilib.