...

AFFA İntizam Komitəsi üç klubu cərimələdi

İdman Materials 14 May 2025 13:34 (UTC +04:00)
AFFA İntizam Komitəsi üç klubu cərimələdi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın XXXIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Sabah” – “Şamaxı” oyununda əsasnamənin tələbləri pozulduğuna görə meydan sahibləri 500 manat cərimə edilib.

“Kəpəz” – “Sumqayıt” görüşündə Gəncə təmsilçisinin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.

“Kəpəz”in azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “sari-göylər” 1000 manat, oyun bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün 1500 manat ziyana düşüb.

Oyununun 89-cu dəqiqəsində “Sumqayıt” qapıçısı Rəşad Əzizli və yarımmüdafiəçi Vüqar Mustafayev təcavüzkar davranışlarına görə birbaşa qırmızı vərəqə aldıqları üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıblar, klub isə 6000 manat məbləğində cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Xəbər lenti

Xəbər lenti