...

Qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydası təsdiqlənib

Cəmiyyət Materials 14 May 2025 10:24 (UTC +04:00)
Qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydası təsdiqlənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydası və həmin şəxslərə dair tələblər” təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik xarici ölkədə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qeyri-rezident fiziki şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola biləcəklər.

Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin, iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan qeyri-rezident fiziki şəxslər qiymətləndirici ola bilməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti