Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələr 2 milyard 38 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,3% və ya 223,5 milyon manata yaxın artıb.
Trend-ə bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% artaraq 1 milyard 357,2 milyon manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə ödəmələr 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,1% artıb və 72,2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,1% artaraq 55,2 milyon manatdan çox təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə ödəmələr ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% artıb və 355,7 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,5% artaraq 251,1 milyon manatdan çox təşkil edib.