Bakı. Trend:
NASA alimləri Yaponiyanın Toho Universitetindən olan tədqiqatçılarla bərabər Yer planetindən həyatın sona çatacağı ili müəyyənləşdiriblər.
Trend xəbər verir ki, bu barədə “Daily Star” yazır.
Onlar superkompüter vasitəsilə aparılan hesablama əsasında bunun təxminən 1000002021-ci ildə baş verəcəyini öyrəniblər.
Mütəxəssislər atosferdə uzunmüddətli perspektivdə baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmaq üçün birləşmiş biokimya və iqlim modellərindən istifadə edərək, hesablama maşınını işə salıb. Onlar belə bir qənaətə gəliblər ki, planetin temperaturu tədricən qalxacaq, Günəşdəki aktivlik artacaq və nəticədə Yerdə oksigen miqdarı azalacaq.
Alimlər Kazumi Odzaki və Kristofer Reynhard iddia edirlər ki, hazırda atmosferdə oksigenin yüksək miqdarda olması müvəqqəti xarakter daşıyır və tədricən onun səviyyəsi o həddə qədər azalacaq ki, məlum canlı növləri mövcud ola bilməyəcək.