...

Tədqiqatçı-alim Seymur Nəsirovun Ümummilli Lider Heydər Əliyev haqqında müsahibəsi Misir mətbuatında (FOTO)

Cəmiyyət Materials 14 May 2025 11:31 (UTC +04:00)
Tədqiqatçı-alim Seymur Nəsirovun Ümummilli Lider Heydər Əliyev haqqında müsahibəsi Misir mətbuatında (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Misir mətbuatında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı müsahibəsi dərc olunub.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Seymur Nəsirov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının qəlbində xüsusi yer tutduğunu, öz həyatını xalqa xidmətə həsr etdiyini və adının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

O, məqalədə Ulu Öndərin siyasi fəaliyyəti barədə məlumat verib. Ümummilli Lider Heydər Əliyevin qısa müddət ərzində dövlət qurumlarını konsolidasiya etməyə, beynəlxalq əlaqələri möhkəmləndirməyə, ölkənin uzunmüddətli davamlı inkişaf strategiyasının əsaslarını qoymağa müvəffəq olduğunu vurğulayıb. İslam dünyası və ərəb ölkələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://po-news-eg.net/News_Details.aspx?id=68833&Title=في-الذكرى-الـ102-ميلاد-رئيس-الجالية-الأذربيجانية-ف-الرأي-العام

https://boldnews.net/جمعية-الصداقة-المصرية-الأذربيجانية-ت/

Xəbər lenti

Xəbər lenti