Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaların ləğvi barədə göstəriş vermək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə D.Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı deyib.
"Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə etdikdən sonra Suriyaya şans vermək üçün ona qarşı sanksiyaların ləğv edilməsinə dair tapşırıq verəcəm", - deyə o bildirib.
O qeyd edib ki, Vaşinqton artıq Suriya ilə münasibətləri normallaşdırmaq üçün addımlar atır və bu həftənin sonunda ABŞ dövlət katibi Marko Rubio Türkiyədə Suriya Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüş keçirəcək.