...

Müəyyən öhdəliklər olmadan İran və ABŞ arasında razılaşma olmayacaq – XİN

Dünya xəbərləri Materials 14 May 2025 11:22 (UTC +04:00)
Müəyyən öhdəliklər olmadan İran və ABŞ arasında razılaşma olmayacaq – XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran müəyyən öhdəliklər olmadan İran-ABŞ arasında nüvə proqramı ilə əlaqədar davam edən dolayı danışıqlarda razılaşmanın əldə olunmasının mümkün olmayacağını elan edib.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən 36-cı Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın nüvə proqramının dayandırılması məsələsi əsla irəli sürülmür və İran həmişə təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini qeyd edib.

Bəqai bildirib ki, İran və ABŞ arasında dolayı müzakirələr tam diqqətlə və müəyyən göstərişlər əsasında davam etdirilir. İran tərəfi qarşı tərəfin davranışını diqqət mərkəzində saxlayır ki, hər mərhələdə ona uyğun qərar verə bilsin.

“İran və ABŞ arasında dolayı müzakirələrin növbəti turunda da İranın əvvəlki siyasəti izləniləcək. İran müzakirələr prosesində effektiv rola sahib bütün tərəflərlə təmasdadır”, - deyə o qeyd edib.

Qeyd edək ki, 12, 19, 26 aprel və 11 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 4 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.

Xəbər lenti

Xəbər lenti