...

Azərbaycan əhalisi 4 ayda yanacağa 1,1 milyard manatdan çox pul xərcləyib

İqtisadiyyat Materials 14 May 2025 11:01 (UTC +04:00)
Azərbaycan əhalisi 4 ayda yanacağa 1,1 milyard manatdan çox pul xərcləyib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda yanacaq istehlakçılarına 1,156 milyard manat məbləğində avtomobil benzini və dizel yanacağı satılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ötən ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 167,6 milyon manat və ya 17 artıb.

Belə ki, 2024-cü ilin eyni dövründə Azərbaycanda əhali avtomobil benzini və dizel yanacağına 988,4 milyon manat xərcləyib.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağına sərf olunan vəsait ümumi pərakəndə ticarət dövriyyəsinin 6,3%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6%, qeyri-ərzaq malları üzrə 6,4% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti