...

ABŞ və Çin arasında rüsumların azaldılması ilə bağlı razılaşma qüvvəyə minib

Dünya xəbərləri Materials 14 May 2025 09:31 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və Çin arasında qarşılıqlı olaraq ticarət rüsumlarının azaldılması ilə bağlı İsveçrədə əldə olunmuş razılaşma bu gün Pekin vaxtı ilə saat 12:01-də (Bakı vaxtı ilə 09:01-də) qüvvəyə minib.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Çin-Amerika ticarət-iqtisadi məsələləri üzrə danışıqları 10-11 may tarixlərində İsveçrədə baş tutub.

Danışıqların nəticəsi olaraq, Çin Xalq Respublikası və ABŞ 14 may tarixindən etibarən aprelin əvvəlindən tətbiq olunmuş əlavə rüsumların 10%-ə endirilməsi barədə razılığa gəliblər.

ÇXR Dövlət Şurasının Tariflər Komitəsinin 4 aprel tarixli fərmanına əsasən, ABŞ istehsalı olan bütün məhsullara 34% məbləğində rüsum tətbiq olunmuşdu. Hazırda bu rüsum 10%-ə endirilib, əlavə 24 faiz bəndi isə 90 gün müddətinə “dondurulub”. 9 aprel və 11 aprel tarixli fərmanların qüvvəsi ləğv olunub — həmin fərmanlarla əlavə rüsumlar ardıcıl olaraq 84%-ə və 125%-ə qədər artırılmışdı. Bu qərar tariflərin 91 faiz bəndi həcmində azaldılması deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti