...

İsrail ordusu Qəzzanın şimal-qərbindəki sakinləri təxliyə olunmasına çağırıb

Dünya xəbərləri Materials 14 May 2025 00:58 (UTC +04:00)
İsrail ordusu Qəzzanın şimal-qərbindəki sakinləri təxliyə olunmasına çağırıb

Bakı. Trend:

İsrail ordusu (ÇAXAL) Qəzza zolağının şimal-qərbində yaşayan sakinləri anklavın inzibati mərkəzindəki təhlükəsiz ərazilərə təcili təxliyə etməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Avixay Edri deyib.

"Cəbəliyyədə, Tell əz-Zatar, Şeyx Zayed, Ən-Nur, Əs-Salaam və Ər-Raudda yaşayanların hamısına: son xəbərdarlıq. ÇAXAL raketlərin atıldığı ərazilərə zərbələr endirməyi planlaşdırır, ona görə də təhlükəsizliyiniz üçün sizdən Qəzza şəhərində yerləşən təhlükəsiz ərazilərə təcili təxliyə etməyi xahiş edirik", - deyə o "X" sosial şəbəkəsində yazıb.

O əlavə edib ki, HƏMAS və digər terror təşkilatlarını mülki əhalinin didərgin düşməsi və bunun yaratdığı narahatçılığa görə tam məsuliyyət daşıyır.

Xəbər lenti

Xəbər lenti