...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Cəmiyyət Materials 13 May 2025 22:07 (UTC +04:00)
Bu ayda Günəşdə ilk güclü partlayış baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

"Günəşdə hazırda X səviyyəli partlayış qeydə alınır. İlkin bal X1.2 təşkil edir. Bu, təxminən 1,5 aylıq fasilədən sonra bu sinifin ilk hadisəsidir", - deyə bildirilib.

Alimlərin fikrincə, partlayış Günəşin qərb kənarında, onun kənarından qismən aralıda baş verib və buna görə də Yer üçün təhlükə yaratmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti