Bakı. Trend:
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri Tel-Əvivdəki Ben Qurion hava limanına hücum ediblər.
Trend-in məlumatına görə, bu barədə üsyançıların silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
Y.Sariya bildirib ki, raket qüvvələri hipersəs ballistik raketlərdən istifadə etməklə Tel-Əvivdə Ben Qurion hava limanına zərbələr endirərək hərbi əməliyyat keçiriblər.