Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Qətərin ona hədiyyə etməyi planlaşdırdığı Boeing 747-8 təyyarəsinin ABŞ Hərbi Hava Qüvvələrinə veriləcəyini bildirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.
"Boeing 747 mənə yox, Hərbi Hava Qüvvələrinə, ABŞ Müdafiə Nazirliyinə verilir!", - deyə o bildirib.
O qeyd edib ki, bu, ABŞ-nin uzun illər uğurla müdafiə etdiyi bir dövlətin hədiyyəsidir.
"Bu, çox gec çatdırılan yeni Boeing-lərimiz gələnə qədər hökumətimiz tərəfindən müvəqqəti Hərbi Hava Qüvvələri təyyarəsi kimi istifadə ediləcək", - deyə D.Tramp əlavə edib.