...

Ararat Mirzoyanı döymüş şəxsə 3 il həbs cəzası verildi

Dünya xəbərləri Materials 14 May 2025 11:45 (UTC +04:00)
Ararat Mirzoyanı döymüş şəxsə 3 il həbs cəzası verildi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda ölkənin xarici işlər naziri Ararat Mirzoyanı döyməkdə ittiham olunan Ara Badoyan adlı şəxs 3 il azadlıqdan məhrum edilib.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Müttəhimin həbsxanada keçirdiyi müddət nəzərə alındığından onun 1 il 11 ay sonra azadlığa çıxacağı bildirilir. Hökmün oxunmasından sonra Badoyanın halı pisləşib və məhkəməyə təcili tibbi yardım çağırılıb.

Qeyd edək ki, Mirzoyan 2020-ci ilin noyabrında rəsmi İrəvanın kapitulasiya qərarından sonra Ermənistan paytaxtında baş verən iğtişaşlar zamanı fiziki zorakılığa məruz qalmışdı. Həmin vaxt Mirzoyan parlamentin spikeri vəzifəsini tuturdu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti