Bakı. Trend:
"Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyi (ASTA) və Xəzər Universiteti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Trend xəbər verir ki, bu, 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin ikinci günündə baş tutub.
Anlaşma Memorandumu "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Fərid Məmmədov və Xəzər Universitetinin rektoru Məhəmməd Nuriyev tərəfindən imzalanıb.