...

COP29-da 300 milyard iqlim hədəfinə nail olunması Azərbaycanın müstəqil siyasət yeritməsinə etimaddan qaynaqlanır – Nazir müavini

Siyasət Materials 14 May 2025 12:22 (UTC +04:00)
COP29-da 300 milyard iqlim hədəfinə nail olunması Azərbaycanın müstəqil siyasət yeritməsinə etimaddan qaynaqlanır – Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici siyasətdə çoxtərəfliliyə hər zaman üstünlük verib və bu prinsipi ən çox dəstəkləyən ölkələrdən biridir. Bunun bir çox praktiki nümunələri son illərdə xüsusilə xarici siyasətimizdə özünü göstərib. Lakin hazırda çoxtərəflilik olduqca mürəkkəb bir dövrdən keçir. Ancaq bütün bunlara baxmayaraq, müəyyən proseslər, məsələn çoxtərəflilik hələ də işləkdir. Bu kimi beynəlxalq təşkilatların mövcudluğu və onların müəyyən qədər səmərəli fəaliyyəti dövlətlərarası münasibətlərə müsbət təsir göstərə bilir.

Trend xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Qlobal Cənub inkişaf mərhələsindədir:

“Həm iqtisadi baxımdan, həm də siyasi nüfuzun və təsirin artması baxımından bu ölkələr yeni dövr yaşayır. Dünya əhalisinin 85 %-nin, qlobal ümumdaxili məhsulun isə 39 %-nin cəmləşdiyi Qlobal Cənub dövlətləri hazırda həm iqtisadi, həm də siyasi transformasiya dövründən keçirlər. Bunun nümunəsini bir neçə beynəlxalq təşkilatın timsalında görmək mümkündür. Xüsusilə də, son vaxtlar baş verən önəmli dəyişikliklərdən biri G20 təşkilatının Afrika İttifaqını tamhüquqlu üzv kimi qəbul etməsidir. Bu, Afrikanın bir qitə olaraq artan nüfuzunun göstəricisidir. Digər bir nümunə isə BRICS təşkilatıdır. Əvvəlcə beş dövlətdən ibarət formatda yaradılan bu təşkilat sonradan daha dörd tamhüquqlu üzv dövlətin qoşulması ilə genişlənib. Bu da BRICS-in artıq Qlobal Cənubun mühüm təmsilçilərindən birinə çevrildiyini göstərir”.

Y.Rəfiyev əlavə edib ki, COP29-dan sonrakı dövrdə, xüsusilə, Afrika, yaxın şərq regionu ilə Azərbaycan arasında olan yaxınlaşma həm də bu mövqeyin ardıcıllığının təmin edilməsi baxmından vacibdir:

“Qoşulmama Hərəkatından sonra Azərbaycanın və onun rəhbərinin qlobal liderlik rolunu, xüsusilə, qlobal cənubda bir daha təsdiqləmiş oldu. Çünki COP29-da əldə olunan ən vacib qərar iqlim maliyyəsi ilə bağlı kəmiyyət hədəfinin müəyyən olunması idi. 300 milyard ABŞ dolları hədəfi müəyyən olundu. Bu miqdar Qlobal Şimaldan Qlobal Cənuba ödənilməli olan və iqlim ədalətinin bərqərar olması üçün vacib olan bir qərar idi. Bakıda isə biz 198 tərəf dövlət arasında konsensus qərarının əldə edilməsinə nail ola bildik. Belə bir çətin qərarın əldə olunmasının mümükünlüyü yenə də eyni səbəbdən qaynaqlanır, yəni Azərbaycana olan münasibət, onun müstəqil, qərəzsiz siyasət aparmasına olan ehtimaddan irəli gəlir. Fərqli, ziddiyyətli mövqedə olan dövlətlər bizi körpü rolunu oynaya biləcək bir dövlət kimi görürdülər, ehtimad edirdilər. Biz də bunun nəticəsi olaraq təkliflər verən, kompramislər əldə olunan güzəştli nəticələrlə bağlı COP29-un tarixi nəticələrini əldə edə bildik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti