...

Paytaxtın bu ərazisində suyun verilişi dayandırılıb

Cəmiyyət Materials 14 May 2025 17:28 (UTC +04:00)
Paytaxtın bu ərazisində suyun verilişi dayandırılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonu Qobu qəsəbəsinin bəzi ərazilərində suyun verilişi dayandırılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazini içməli su ilə təchiz edən magistral xətdə qəza baş verib.

“Bu səbəbdən ərazi üzrə suyun verilməsi rejimində dəyişiklik edilib.

Şəbəkədə təmir və bərpa işləri yekunlaşdırılan kimi suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək”, - məlumatda deyilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti