...

"TIM International" nümayəndəsi aqrar sektorun inkişafında süni intellektin imkanlarından danışdı

İqtisadiyyat Materials 14 May 2025 14:23 (UTC +04:00)
"TIM International" nümayəndəsi aqrar sektorun inkişafında süni intellektin imkanlarından danışdı
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellektin tətbiqi aqrar sektorda səmərəliliyin artırılmasına vasitəçilik edir.

Trend xəbər verir ki, bunu “TIM İnternational” MMC-nin şöbə müdiri Attilio Somma 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində keçirilən "Süni intellektin aqrar sahədə tətbiqi" mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

“Süni intellekt vasitəsilə kənd təsərrüfatı bitkilərinin xəstəliklərini aşkar etmək, zərərvericiləri müəyyənləşdirmək, həşərat tələlərindən alınan təsvirləri emal etmək və infeksiya ocaqlarını proqnozlaşdırmaq mümkündür. Həmçinin, heyvanların sağlamlığının monitorinqi və avadanlıqların proqnostik xidmətləri üçün kompüter görmə və RGB NIR-təhlili alqoritmləri tətbiq edilir”, – deyə o bildirib.

Somma qeyd edib ki, süni intellektdən istifadə Avropada, o cümlədən, İtaliyada, aktiv şəkildə genişlənməkdədir. Sİ alqoritmlərinin tətbiqi müxtəlif sahələrdə 50 faiz, kənd təsərrüfatında isə 20 faizdən çox artıb.

“Bu səbəbdən, biz suvarma, temperatur və kompüter görməsinin monitorinqi üçün IoT sensorlarını birləşdirən platforma hazırlamışıq. Bulud texnologiyalarının istifadəsi həlledici əhəmiyyət daşıyır: bulud bu cür həllərin miqyasını genişləndirməyə imkan verir, ələlxüsus da Azərbaycanın böyük uğura çevrilmiş Aqroparkı kimi iri layihələr üçün”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti