Bakı. Trend:
Hazırda Rusiya prezidenti Vladimir Putinin İrana səfəri tənzimlənməkdədir.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, Rusiya prezidentinin İrana səfəri iki ölkənin uzunmüddətli münasibətləri çərçivəsində baş tutacaq.
Araqçi deyib ki, hazırda iki ölkə tərəfindən səfərlə bağlı məsləhətləşmələr aparılmaqdadır.
Qeyd edək ki, Rusiya prezidentinin İrana səfərinin tarixi hələlik açıqlanmayıb.