Bakı. Trend:
Xankəndi şəhəri ərazisində yeni yarımstansiya tikiləcək.
Trend-in məlumatına görə, yeni tikili mövcud “Xankəndi Şəhər” yarımstansiyasının əvəzinə inşa olunacaq.
Məlumata görə, həmçinin 35 kV-luq iki dövrəli kabel xətti (Yarımstansiya №2) də çəkiləcək.
Belə ki, artıq bununla bağlı “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti (ASC) müvafiq işlərə start verib.
ASC sözügedən işlərin icrasının 5,6 milyon manata başa gələcəyini proqnozlaşdırıb.