...

FAO Azərbaycanda kooperativləşdirmə hərəkatı üzrə yol xəritəsini hökumətə təqdim edib

İqtisadiyyat Materials 14 May 2025 16:21 (UTC +04:00)
FAO Azərbaycanda kooperativləşdirmə hərəkatı üzrə yol xəritəsini hökumətə təqdim edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

FAO-ya üzv olan ölkələrin hökumətlərinə dəstək göstəririk. Eləcə də kooperativ təşəbbüsündə də biz dəstək göstəririk.

Trend xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndə müavini Bariz Mehdiyev II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində keçirilən "Aqrar sahədə kooperasiya ekosisteminin və sahibkarlığın inkişafı" konfransında deyib.

O bildirib ki, xüsusilə texniki əməkdaşlıq proqramı çərçivəsində icra edilən layihə qeyd edilməlidir: "Çünki layihə çərçivəsində biz Azərbaycanda kooperativləri mövcud vəziyyətini qiymətləndirdik. Səhv etmirəmsə, Qəbələ, Qax və Sabirabad rayonlarında 60-dan çox fermerlərə bu sahədəməlumatlandırıcı təlimlər keçdik. Eləcə də yekun bir qiymətləndirmə sənədi - Azərbaycanda kooperativləşdirmə hərəkatını necə inkişaf etdirmək olar - onunla bağlı bir strategiya yanaşmasını yol xəritəsi olaraq hökumətə təqdim etmişik".

O qeyd edib ki, bu araşdırma çox şeyləri ortaya çıxardı: "Bəli, 2016-cı ildə kənd kooperativləri ilə bağlı proqram qəbul olundu. 2017-dən artıq yavaş-yavaş bu canlanmağa başladı. Amma hazırda Azərbaycanda kooparativlərin sayı 50-dir.

Misal olaraq, İtaliyada 40 mindən çox kənd təsərrüfatı kooperativi var. Ən çox maraqlı məqam ondan ibarətdir ki, kooperativlərin ümumi istehsalı İtaliyanın ümumi daxili məhsulun 8%-ini təşkil edir. Azərbaycanda belə bir indikator üzrə yəqin ki, qiymətləndirmə, araşdırma aparılmayıb. Amma bu istiqamətdə FAO olaraq hər zaman hökumətə dəstək verməyə hazırıq ki, dünyadakı uğurlu təcrübələri gətirək".

"Digər bir uğurlu təcrübə olaraq Türkiyə misalı var. Fermerlərimizi dəfələrlə Türkiyəyə təcrübə mübadiləsinə aparmışıq. Düşünürəm ki, bu istiqamətdə görüləcək işlər çoxdur. FAO olaraq apardığımız araşdırmada da gördük ki, kooperativlər hərəkatının inkişafına maneə olan bəzi bariyerlər var. Ən böyük bariyer torpaqların fraqmentasiyası ilə bağlıdır. Bu, kiçik torpaq sahələrinə sahib fermerlərin birləşməsinə maneə yaradır. Bununla bağlı da FAO Makedoniya təcrübəsinə əsasən, torpaqların konsolidasiya ilə bağlı proqramın işlənməsində Azərbaycan hökumətinə dəstək göstərib. Hazırda konsepsiya sənədi Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub. Düşünürük ki, bu sahədə də biz işlər görə bilərik", - B. Mehdiyev vurğulayıb.

"Hazırda Qarabağda kooperativlər hərəkatını inkişaf etdirmək üçün çox gözəl bir şərait var. Orada artıq torpaqlar icarəyə verilir. Düşünürük ki, Qarabağda bunu bir model kimi tətbiq edib daha sonra Azərbaycanın digər regionlarında təkrarlayaq. Bu həqiqətən də çox vaxt aparacaq proses olacaq, 20-30 il çəkə bilər, amma kənd təsərrüfatının inkişafı üçün bunu etməliyik", - deyə B. Mehdiyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti