Bakı. Trend:
Qubada iki nəfəri elektrik cərəyanı vurub.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, mayın 13-də Quba rayonunun Əski-İqriq kəndində yerləşən fərdi yaşayış evində elektrik cərəyanı vurması nəticəsində 2000-ci il təvəllüdlü Əsəd Hüseynquliyevin ölüb, 2001-ci il təvəllüdlü Şəmistan Yusubov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.