...

Tramp Qətərlə 1 trilyon dollardan çox dəyəri olan saziş imzalayıb

Dünya xəbərləri Materials 14 May 2025 22:29 (UTC +04:00)
Tramp Qətərlə 1 trilyon dollardan çox dəyəri olan saziş imzalayıb

Bakı. Trend:

ABŞ və Qətər 1,2 trilyon dollarlıq müqavilə imzalayıb.

Trend xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənəddə deyilir.

“Bu gün Qətərdə ABŞ Prezidenti Donald Tramp Qətərlə azı 1,2 trilyon dollar dəyərində iqtisadi dövriyyəyə dair saziş imzalayıb. Prezident Tramp həmçinin ABŞ və Qətər arasında 243,5 milyard dollardan çox dəyərində iqtisadi sövdələşmələr, o cümlədən “Boeing” təyyarələri və “GE Aerospace” mühərriklərinin “Qatar Airways”ə satışına dair tarixi razılaşmanın imzalandığını açıqlayıb”, - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti