Bakı. Trend:
İspaniyanın "Real Madrid" komandasının qapıçısı Andriy Lunin ötən gün məşq zamanı zədələnib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumta görə, 26 yaşlı əlcək sahibi bu gün La Liqanın 36-cı turunda “Malyorka” ilə keçiriləcək görüşü buraxacaq.
Ukraynalı qolkiperin əvəzinə Fran Qonzales heyətə daxil edilib.